30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Ayxan Abbasov: “Səbail”ə məğlubiyyətdən sonra rəhbərlik arxamızda durdu”

"Səfərdə qələbə qazanmaq möhtəşəmdir. Ötən tur biz də məğlub olmuşduq, "Sabah" da. Bilirdik ki, rəqib ardıcıl iki oyunda məğlub olmaq istəmir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 5-ci turunda bu gün səfərdə "Sabah"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 3:0 hesablı səfər qələbəsini belə şərh edib: "Bu gün futbolçularım soyuqqanlı oynadılar. Bir daha əmin olduq ki, çempionat gərgin keçəcək. Çalışacağıq ki, milli komandaların oyunları ilə bağlı yaranan fasilədən səmərəli istifadə edək. "Səbail"ə məğlub olandan sonra rəhbərlik arxamızda durdu. Onlara təşəkkür edirəm. İşimizə davam etməliyik. 3-4 turdan sonra nəticə çıxarmaq tez olar. Bu qələbə heç nə demək deyil".

A.Abbasov Premyer Liqadakı hədəfləri ilə bağlı sualı da cavablandırıb: "Bizim hədəfimiz böyükdür. Hədəf odur ki, "Turan Tovuz"u iddialı edək. İddialı olmaq üçün bir il kifayət deyil. Azərbaycanda hamı avrokuboklara getmək istəyir. Bu gün 6-7 transfer edib elə bilirik ki, hazırıq. İdarə Heyətinin sədri Ehtiram Quliyev bildirib ki, biz klub olmaq istəyirik. Klub olmaq üçün bütün sahələr inkişaf etməlidir. Hədəfimiz hər oyunda uduzmamaqdır. Reallıqlar var. Oturuşmuş komandalar avrokuboklar uğrunda oynayırsa, bizim bu gün bunu deməyimiz düzgün olmaz”.

O, rəhbərliyin sona kimi dəstək verəcəyinə inanır: “Bizə inanırlarsa, gecəmizi-gündüzümüzü verməyə hazırıq. Çünki bu, bizim işimizdir. Klubun daxilində möhtəşəm ab-hava var. İnanıram ki, bu çətin yolu birlikdə addımlayacağıq".

Baş məşqçi akademiyanın futbolçularına da şans verəcəklərini bildirib: "Keçən il də bəzi futbolçular Premyer Liqada debüt etdilər. Bu gün akademiyanın yetirmələri əvəzedici komandada çıxış edirlər. Futbolçular hazır olmalıdır. Turnir cədvəli imkan verərsə, əlbəttə şans verəcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30