29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

De Byazi: “Azərbaycan millisində bir ilki həyata keçirdik”

“Azərbaycan millisi tarixi ərzində heç vaxt ardıcıl 5 qələbə qazanmamışdı, bu ilki biz həyata keçirdik. Bu, məni düzgün istiqamətdə olduğumuzu düşünməyə vadar edir”.
 
Futbolxeber.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “inter-news.it” saytına müsahibəsində deyib.
 
67 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində çətin qrupa düşdüklərini bildirib: “Avropa çempionatının seçmə mərhələsində Belçika, Avstriya və İsveçlə birlikdə inanılmaz qrupa düşmüşük. Böyümək üçün hələ çox yolumuz var. Millətlər Liqasında yaxşı çıxış etdik. Təəssüf ki, qrupda birinci yeri tuta bilmədik. Qazaxıstanla səfər oyununda qalib gəlmək üçün inanılmaz statistikamız olsa da, sonda uduzduq”.
 
Baş məşqçi ölkəsində işləmək fikrində olmadığını da sözlərinə əlavə edib: “Xaricdə milli komandaya və ya hansısa kluba daha çox üstünlük verərəm”.
 
Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edir ("Report").
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30