29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

“Qarabağ” Avroliqanın qrupuna düşməklə nə qədər gəlir əldə edib?

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşməklə qazandığı məbləğ bəlli olub.
 
Futbolxeber.az saytının məlumatına görə, UEFA Azərbaycan çempionuna ilkin 3 milyon 630 min avro mükafat ödəyəcək.
 
Avropa Liqasının qrupunda oynayacaq komandalar üçün 116 milyondan çox pul ayrılıb. Bu rəqəm 32 klub arasında bərabər bölünür. Hər iştirakçı 3,63 milyon qazanır. “Qarabağ” da pley-offda “Olimpiya”nı keçməklə bu vəsaitə sahib çıxıb.
 
UEFA bundan əlavə vəsait də verir. Bu, klubların reytinqi və digər marketinq məsələlərinin detalları ilə tənzimlənir.
 
Təmsilçimiz qrupda keçirəcəyi 6 matçda da qazanc əldə edə bilər. Burada hər qələbə 630, heç-heçə 210 min pul gətirəcək. Qrup qalibi 1,1 milyon, ikinci yerin sahibi 550 min əldə edəcək. Bu iki komanda həm də növbəti mərhələyə vəsiqə üçün əlavə bonus alacaq. Pley-offda iştirak 500 min, 1/8 finala vəsiqə 1,2 milyon gətirəcək.
 
Qeyd edək ki, Konfrans Liqasına yuvarlanan “Olimpiya” 2,94 milyon qazanacaq (apasport.az).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30