29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Mohammed Kadiri: “Araz-Naxçıvan”la avrokuboklarda oynamaq istəyirəm” (MÜSAHİBƏ)

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Mohammed Kadiri Futbolxeber.az saytına müsahibə verib.

- Geridə qalan 4 tur ərzində "Araz-Naxçıvan"ın Azərbaycan Premyer Liqasındakı çıxışını necə dəyərləndirirsiz?

- Yeni komandayıq, futbolçuların əksəri bir qədər komandaya gec qoşulublar. Bununla belə, baş məşqçimizin istədiyi oyun sisteminə öyrəşməyə çalışırıq. Düşünürəm ki, 4 tur ərzində çox yaxşı oyun sərgiləmişik.

- Oyun baxımından “Araz-Naxçıvan” xoş təsir bağışlasa da, 4 tur ərzində cəmi 4 xal toplamısız...

- Bizim komanda üçün çoxlu xal toplamaq heç də asan deyil. Bununla belə, topladığımız xal sayı indiki məqamda bizi qane edir. Təbii ki, xal ehtiyatımız daha çox ola bilər. Məsələn, “Qarabağ”la görüşdə yalnız son saniyələrdə heç-heçəni əldən verdik. Cəmi 4 tur geridə qalıb. İnkişaf etməyə ehtiyacımız var.

- Komandaya uyğunlaşma prosesiniz necə gedir?

- Qısa müddətdə yeni ölkəyə, yeni komandaya uyğunlaşmaq heç də asan deyil. Düşünürəm ki, tez bir zamanda adaptasiya olub komandaya öz töhfəmi verməliyəm.

- “Araz-Naxçıvan”da əsas hədəfiniz nədir?

- Məqsədim bacardığım qədər çox komandaya kömək etməkdir. “Araz-Naxçıvan”la uğurlu nəticələrə imza atmaq, avrokuboklarda oynamaq istəyirəm.

- Karyeranız ərzində Avstriya, Rusiya, Ukrayna və Macarıstanda legioner həyatı yaşasaz da, azərbaycanlı azarkeşlər size daha çox Kiyev “Dinamo”sunun sabiq üzvü kimi tanıyırlar. Azərbaycan və Ukrayna çempionatlarını necə müqayisə etmək olar?

- Ukrayna çempionatının səviyyəsi əvvəl daha yüksək idi. Hazırda karyeramı Azərbaycanda davam etdirdiyim üçün məmnunam. Mənə görə indi ən yaxşı çempionat elə Azərbaycan Premyer Liqasıdı.

- Amma razılaşarsız ki, Azərbaycan çempionatında bəzi oyunları çıxmaq şərti ilə stadionda atmosfer elə də yüksək olmur.

- Azərbaycanda da Ukraynadakı kimi yaxşı stadionlar var. Şərait eynidir, ona görə də bu ölkələr arasında ciddi bir fərq görmürəm.

- Kluba qoşulmazdan öncə Azərbaycan, Naxçıvan və ölkə çempionatı barədə məlumatlı idiniz?

- Azərbaycan Premyer Liqası barədə məlumatlı idim. Eləcə də ölkə və region barədə. Ölkəniz haqqında eşitmişdim. Təbii ki, təklif gələndə internetdə də müəyyən axtarışlar apardım.

- Ölkə, şəhərlə bağlı gözləntiləriniz doğruldu?

- Azərbaycanı bəyənirəm. Xüsusilə Bakı çox xoşuma gəlir. Gözəl şəhərdir, insanları olduqca yaxşı və səmimidir.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30