29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

İsveç yığmasının sabiq üzvü: “Musa Qurbanlı yenə qollar vuracaq”

“Musa Qurbanlı “Yurqorden”də yenə qollar vuracaq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu İsveç yığmasının sabiq futbolçusu Tobias Hisen Azərbaycan yığmasının hücumçusu Musa Qurbanlının klubu “Yurqorden”in heyətində ölkə çempionatında “Deqerfors”la görüşdə dubl etməsi ilə bağlı danışarkən deyib.

2004-2006-cı illərdə “Yurqorden”in formasını geyinmiş sabiq forvard matçda Qurbanlının penaltini qaçıraraq het-trik şansını əldən verməsinə də münasibət bildirib: “Musa hələ mövsümün əvvəlində özünə 3-4 oyunluq vaxt vermişdi. Onun penaltini qaçırdığı üçün əsəbiləşməsində qəribə heç nə yoxdur. Amma əsas odur ki, qol vurmağa başlayıb. Dubl etdiyi üçün penaltini qaçırmasından narahatlıq keçirəcəyini düşünmürəm”.

Qeyd edək ki, “Yurqorden”in 4:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Musa Qurbanlı iki qol vurmaqla yanaşı, bir qolun da məhsuldar ötürməsini verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30