29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Bu mövsüm avrokubok oyunları Azərbaycanda 2 kanalda yayımlanacaq

2023/2024 mövsümündə avrokubokların oyunları Azərbaycanın iki telekanalında yayımlanacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, azarkeşlər UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının matçlarını “CBC Sport” və İTV-dən izləyə biləcəklər.
 
“Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı “CBC Sport”la əldə olunan razılaşma əsasında qeyd olunan turnirlərdə yarımfinal mərhələsinə kimi paralel keçiriləcək görüşlər İTV-nin canlı efirində təqdim olunacaq. Anlaşmaya əsasən, hər oyun həftəsində 3 qarşılaşma İTV-də yayımlanacaq.
 
Artıq bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) - “Rakuv” (Polşa) görüşünü saat 23:00-dan etibarən İTV-dən izləmək mümkün olacaq.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30