4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Aris”in baş məşqçisi: “Qarabağ”dansa, “Rakuv” gəlsin”

“Qarabağ”dansa, “Rakuv” gəlsin”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Kiprin “Aris” klubunun baş məşqçisi Aleksey Şpilevski UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gəlmək istədiyi komanda ilə bağlı danışarkən deyib.
 
II raundda Belarus təmsilçisi BATE-ni hər iki oyunda (6:2, 5:3) məğlub edən limassollular növbəti mərhələdə “Qarabağ” – “Rakuv” (Polşa) cütünün qalibi ilə qarşılaşacaqlar. Belaruslu mütəxəssis bir müddət əvvəl “Rakuv”dan təklif aldığını da etiraf edib: “Ora keçməyə yaxın idim. Ancaq son anda “Aris”də qalmağı üstün tutdum. “Rakuv” da, “Qarabağ” da çətin komandadır. Bu, çox yaxşı cütlükdür”.
 
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Rakuv” görüşü saat 20:00-da start götürəcək. Komandalar arasında Polşada gerçəkləşən ilk matçda meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31