4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Omoniya”nın baş məşqçisi: “Sabah heç-heçəni düşünmək bizim üçün səhv olar”

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk qarşılaşması çərçivəsində sabah “Qəbələ”nin qonağı olacaq “Omoniya”nın baş məşqçisi Sofronis Avqousti oyunöncəsi mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis əvvəlcə görüşlə bağlı gözləntilərini bölüşüb.

- Bu, bizim cari mövsüm avrokuboklarda ilk oyunumuzdu. Çox yaxşı rəqibə qarşı mübarizə aparacağıq. “Qəbələ” hücum və müdafiə baxımından yaxşı təsir bağışlayır. Sabah çalışacağıq ki, oyun prinsiplərimizə sadiq qalaq. Çalışacağıq ki, əlverişli nəticə qazanaq və ikinci oyuna rahat çıxaq.

- Hal-hazırda əlinizdə olan heyət sizi qane edir?

- Herakoviçlə bağlı bəxtsizlik yaşadıq. Bu futbolçu 8 ay müddətinə sıradan çıxıb. Hazırda əlimizdə olan futbolçular məni qane edir. Komandadakı bütün futbolçular bizim üçün önəmlidi. Bilirik ki, “Qəbəl”nin də heyətində ciddi dəyişikliklər olub. Lakin komandanın oyun fəlsəfəsi dəyişməyib. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.

- Demək olar ki, cütün taleyini “Omoniya”nın performansı həll edəcək?

- Nisbətən təcrübəsiz komandayıq. Buna görə də səhvlərdən qaçmalıyıq. Hər iki matçda ən yaxşı performansımızı ortaya qoymalıyıq.

- Sizcə, oyunun açar nöqtələri hansılar olacaq?

- İlk növbədə səhvlərdən qaçmalıyıq. Düzdür, hazırda istədiyimiz formada deyilik. Lakin oyundan oyuna daha da artırmalıyıq.

- Sabahkı matçda heç-heçə sizi qane edəcək? Yoxsa yalnız qələbə barədə düşünürsüz?

- Biz böyük komandayıq. Ona görə də hər matça yalnız qələbə üçün çıxırıq. Sabahkı görüşlə bağlı heç-heçəni düşünmək bizim üçün səhv olar.

- İlk oyunu səfərdə keçirməyiniz “Omoniya” üçün müsbət məqamdı?

- Bu, həm müsbət məqam ola bilər, həm də mənfi. Lakin düşünürəm ki, bu, daha çox nəticədən asılı olacaq. Qazandığımız nəticəyə əsasən bu barədə fikir yürütmək olar.

- Yeni transfer Simiçi sabahkı matçda hansı mövqedə oynatmaq fikrindəsiz?

- Simiç “Aris”lə Superkubok oyununda 10 dəqiqə oynadı. Hazırda ideal formada olmasa da, yaxşı futbolçudu. O, 3 fərqli mövqedə çıxış edə bilir.

- Superkubok görüşü ilə müqayisədə start heyətində hansısa dəyişikliklər edəcəksiniz?

- Bunu sabah dəqiq biləcəyik. Lakin deyə bilərəm ki, hər bir futbolçum sabahkı görüşdə meydana çıxmağa hazırdı və bunu məşqlərdə göstərir.

İbrahim CƏFƏROV, Qəbələ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31