29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

“Linkoln”un baş məşqçisi: “Erkən qol planlarımızı pozdu”

“Ilk növbədə qonaqpərvərliyə və xoş münasibətə görə, həm Bakı əhalisinə, həm "Qarabağ" klubuna, həm də jurnalistlərə təşəkkürümü bildirirəm. Oyunun başlanğıcından, ilk dəqiqələrindən bizim üçün çətin oldu. Buna da hazır idik, belə olacağını gözləyirdik. Uduzmağımıza baxmayaraq, klubun rəhbərliyi, texniki personalı, futbolçular, bütün komanda ilə qürur duyuruq. Biz Avropada mübarizə aparan çox sadə klubuq. Bu gün “Qarabağ” həqiqətən qələbəyə layiq idi və bizdən çox üstün futbol nümayiş etdirdi. Biz də son dəqiqələrədək əlimizdən gələni etdik, mübarizə apardıq. Bundan sonra da belə olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Linkoln"un baş məşqçisi Xavi Munyoz Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la Bakı Olimpiya Stadionundakı cavab görüşündən sonra mətbuat konfransında deyib.

Mütəxəssis “Qarabağ”ın erkən qolunun planlarını pozduğunu bildirib: “Bu dəfə “Qarabağ” oyunun 10-cü dəqiqəsində hesabda önə çıxdı. Rəqibin heyətində texniki cəhətdən üstün keyfiyyətlərə malik futbolçular var. Həm fərdi, həm də kollektiv baxımından onlar üstün idilər. Erkən qol planlarımızı pozdu. Oyunu əks-hücumlar üzərində qurmaq istəyirdik. Rəqib buna imkan vermədi”.

O, “Qarabağ” Çempionlar Liqasındakı gələcək perspektivi barədə də danışıb: “Gördüyüm qədəri ilə “Qarabağ” bu mərhələdə mübarizə aparan istənilən komandaya qalib gələ bilər. Polşa çempionu ilə oyun heç də asan olmayacaq. “Qarabağ” bu baş məşqçi və heyətlə istənilən rəqiblə mübarizə apara bilər”.F

Fərid FAİQOĞLU




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30