29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Veşoviç: “İlk oyunla müqayisədə bu dəfə daha yaxşı oynadıq”

“Qalib gəldiyimiz üçün sevinirik. İkinci mərhələyə yüksəldik. İlk oyunla müqayisədə bu dəfə daha yaxşı oynadıq. Azarkeşlərimiz önündə gözəl futbol sərgilədik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın üzvü Marko Veşoviç “Linkoln”u 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, komandanın hazırda yaxşı durumda olduğunu bildirib: “Son 1 həftədə bu matça ciddi hazırlaşdıq. Faydasını da bu gün meydanda gördük. Hazırkı performansımız bizi qane edir”.  

Monteneqrolu futbolçu növbəti mərhələdə qarşılaşacaqları “Rakuv” barədə də fikirlərini açıqlayıb: “Bəli, qışda hazırlıq matçında Polşa çempionuna uduzmuşduq. Bu dəfə tam fərqli oyun olacaq. Üçüncü mərhələyə vəsiqə uğrunda mübarizə gedəcək. Təbii ki, asan qarşılaşma gözləmir bizi. Hazırlaşmaq üçün vaxtımız var. İnanıram ki, qarşıdakı mərhələni də uğurla adlayacağıq”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30