29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

“Araz-Naxçıvan” 11 yerli futbolçu ilə müqavilə imzalandı

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” bu gün yerli futbolçularla anlaşıb.

Futbolxeber.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, ötən mövsüm 27 qolla Birinci divizionun bombardiri olan Orxan Əliyev, eləcə də komandanın Premyer Liqada vəsiqə qazanmasında pay sahibi olan Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayevlə müqavilə yenilənib. “Səbail”dən Turan Manafov və Nihat Qurbanlı, “Kəpəz”dən Nicat Süleymanov, “Şamaxı”dan Elçin Mustafayev də yeni mövsümdə “Araz-Naxçıvan”ın formasını geyinəcək. Abdulla Rzayev isə “Sabah”dan icarəyə götürülüb. Onlarla imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, buna qədər “Araz-Naxçıvan” 3 legionerlə - qapıçı Semir Bukviç, Nuno Miguel və Vandersonla anlaşıb. Heyətin komplektləşdirilməsi istiqamətində çalışmalar davam etdirilir.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30