29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

“Turan Tovuz” 2 legionerin yolunu gözləyir: “O, iyulun 23-də düşərgəmizdə olacaq”

“Bir müddətdir Panama millisinin düşərgəsində olan Roderik Miller bizimlə birgə deyil. O, iyulun 23-də düşərgəmizdə olacaq. Yeni transferlərdən Otto Con viza məsələsinə görə hələ təlim-məşq toplanışına qatılmayıb. Tezliklə o da komandaya qoşulmalıdı”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis dünən “Adana Demirspor”a qarşı keçirilən yoxlama matçında Fərid Nəbiyevin iştirak etməməsinin səbəbini də açıqlayıb: “Fərid Nəbiyevin bir az ağrıları var. Ona görə də risk eləmədik. Dünənki görüşdə meydana çıxmadı”.

Abbasov futbolçularının həvəslə çalışdığını bildirib: “Komandada hər şey qaydasındadı. Hazırlığımız plan üzrə davam edir. Futbolçular həvəslə çalışırlar ki, bu da bizi sevindirir”.

Tovuz klubunun çalışdırıcısı transfer çalışmaları barədə də danışıb: “Orta sahəyə oyunçu axtarışımız davam edir. Daha bir futbolçuya ehtiyacımız var. Hər mövqedə rəqabət olmasını istəyirik. Eləcə də hansısa gənc futbolçu olarsa, onu heyətimizə qata bilərik. Hazırda real bir şey yoxdu. Təlim-məşq toplanışının sonuna yaxın transfer çalışmalarını bitirməyə çalışacağıq”.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30