29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

“Bizi finaldan da çətin oyun gözləyir”

“Bilirdik ki, bizi çətin oyun gözləyir. Çalışırdıq ki, müdafiədən oyunu quraq və əks hücumlarda uğur qazanaq. “Qəbələ” də ehtiyatlı oyuna üstünlük verdi. Yekunda hər iki tərəfin qazancı 1 xal oldu. Nəticədə hər şey son tura qaldı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 35-ci turunda “Qəbələ” ilə qolsuz bərabərliyə qaldıqları oyundan sonra deyib.

O, son turda “Səbail”ə qarşı keçirəcəkləri matçın finalda da əhəmiyyətli olduğunu bildirib: “Səbail”lə oyun barədə çox danışmaq olar. Son turlar möhtəşəm çıxış edirlər. Heyətlərində çox yaxşı futbolçular var. Bizi finalda da çətin oyun gözləyir. Artıq sabahdan həmin matçın hazırlığına başlayacağıq”.   

Vüqar Əsgərli matçın gedişində Tovuzda paralel keçən “Turan Tovuz” - “Səbail” görüşünün nəticəsi ilə (2:2)  maraqlanmadıqlarını bildirib: “Təbii ki, o oyunun nəticəsi də 9-cu yer uğrunda mübarizədə çox vacib idi. Lakin özümüzə söz vermişdik ki, matçın gedişində nəticə ilə maraqlanmayacağıq. Yalnız öz oyunumuza köklənəcəyik. Final fitindən sonra nəticəni öyrəndik”.

“Şamaxı”nın çalışdırıcısı son turda səfərdə oynamaqlarına baxmayaraq, azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını bildirib: “Bəli, “Səbail” uduzsaydı, bizi son turda heç-heçə də qane edərdi. Amma indiki halda biz Premyer Liqadakı yerimizi qorumaq üçün mütləq qələbə qazanmalıyıq. Səfərdə bizi çox çətin oyun gözləyir. Azarkeşlərin dəstəyinə ehtiyacımız var. İnanıram ki, onlar final bərabər matçda bizi tək buraxmayaxaqlar”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30