26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Qarabağ"ın 2 futbolçusu "Neftçi"yə qarşı oynamayacaq

"Qarabağ" "Neftçi"ylə oyunun hazırlıqlarına başlayıb. Futbolxeber.az-ın məlumatına görə, Premyer Liqanın XXV turunda liderlə qarşılaşacaq Ağdam komandası "Qəbələ"ylə görüşdən sonra dərhal məşqlərə start verib. Bu günə komandanın 2 məşqi nəzərdə tutulub.

"Qarabağ"ın ilk çalışması 11:00-da baş tutub. 2-ci məşq isə 16:00-a nəzərdə tutulub. Məşqlər Suraxanı qəsəbə stadionu keçiriləcək. "Qarabağ"da Branimir Subaşiç və Vaqif Cavadovun zədəsi davam edir. Adıçəkilən oyunçuların "ağ-qara"larla oyunu buraxacağı dəqiqdir. Əvəzində cəza üzündən "Qəbələ" ilə oyunu buraxan Vüqar Nadirov baş məşqçimiz Qurban Qurbanov şans verəcəyi təqdirdə "Neftçi"ylə görüşdə komandaya kömək edə biləcək.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" görüşü aprelin 6-sı, şənbə günü saat 17:00-da 8-ci km-dəki "Bakcell-Arena"da keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30