30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Murad Musayev: "Bugünkü kimi oynasaq, bütün rəqibləri məğlub edə bilərik"

"Qələbəyə görə sevinirik. İntizamlı oyun oldu. 90 dəqiqə ərzində cəsur, aqressiv oyun sərgilədik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis çempionluq mübarizəsi ilə bağlı sualı belə cavablandırıb: "Bugünkü kimi oynasaq, bütün rəqibləri məğlub edə bilərik".

Musayev “Neftçi” ilə matçın ikinci hissəsində bir neçə qol şanslarını qaçırdıqlarını vurğulayıb: “Bu, psixologiyadan asılıdır. İkinci hissədə rəqibin cəmi bir imkanı oldu. Bizim isə daha çox şanslarımız oldu. Üçüncü qolu da vura bilərdik”.

"Sabah"ın çalışdırıcısı mümkün transferlərlə bağlı deyib: “Bir transfer etmək istəyirik. Amma o, komandadakı oyunçulardan yaxşı olmalıdır. Eyni zamanda, gələcəyə hesablanmış transfer olmalıdır. Oyunçular bir-birlərini çox yaxşı başa düşürlər. Buna görə də, qış fasiləsində transfer düşünmürük”.

Murad Musayev Antalya toplanışından razı qaldığını da sözlərinə əlavə edib: “Kifayət qədər vaxtımız olmasa da, yaxşı iş alındı. Əsas cavabları yaya yaxın alacağıq. Çünki hələ yeni ilin ilk oyunudur. Həmişə maksimum nəticə qazanmaq istəmişik. Məni daha çox keyfiyyət narahat edirdi. Pressinq, sürət üzərində işləyərək, daha keyfiyyətli oynamaq mümkündür”.

O, komandada icarə əsasında çıxış edən Aleksey Kaşukun mövsümün sonunda komandada qalmaq ehtimalının maliyyə ilə bağlı olacağını deyib: “Burada onun üçün hər şey yaxşıdır, karyerasının ən yaxşı dönəmlərini keçirir. Üslubumuz da ona uyğundur. Rəhbərlik bu istiqamətdə çalışır, lakin hələlik heç nə yoxdur. Mən Kaşukun qalmasını istəyirəm”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30