30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Vüqar Əsgərli “Səbail” üzərində qələbəni şərh etdi

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli komandasının Azərbaycan Premyer Liqasının XIX turunda “Səbail” üzərində qazandığı əzmkar qələbə (2:1) barədə danışıb. 

Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında mütəxəssis bunları deyib: “İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. İş günü olmasına baxmayaraq, bu gün bizi dəstəksiz qoymadılar. Oyuna gəldikdə, Şahin Diniyevin fəlsəfəsinə bələdik. Antalyada “Səbail”in yoxlama oyunlarını izləmişdik. Bilirdik ki, bizi çətin oyun gözləyir. Buna baxmayaraq, komandamız bu gün əzmkarlıq göstərərək qələbə qazandı. Futbolçularımızı təbrik edirəm. Bizim üçün çox vacib qələbə idi. Artıq qarşıdakı oyunu düşünməliyik”.

Əsgərli matça zəif başlamalarının səbəbini belə izah edib: “Futbolçularda tələskənlik var idi. Müəyyən fasilədəns onra rəsmi oyuna çıxmaq, üstəlik, rəqibin heyətində sürətli futbolçuların olması və s. bütün bunlar oyunun startının uğursuz alınmasına gətirib çıxardı. Fasilədə futbolçularla söhbətimiz oldu. Oyun zamanı dronla çəkiliş gedir. Birinci hissədən sonra futbolçulara bəzi kadrları göstərdik. Alınmayan cəhətləri, özümüzdəki və rəqibdəki boşluqları izah etdik. Bu cür oyunlarda standart vəziyyətlər çox önəmlidir. Ona görə standart vəziyyətlərə ciddi hazırlaşmışdıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30