30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Şahin Diniyev: “Belə oyundan sonra danışmaq ağırdı”

“Belə oyundan sonra danışmaq ağırdı. Əfsuslar olsun ki, bu gün meydanı məğlub tərk etdik. Komanda birinci hissədə tam istədiyimiz futbolu sərgilədi. Hesabda da irəlidə idik. Lakin fasilədən sonra hər şey dəyişdi. Bunun səbəbini bilmirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XIX turunda “Şamaxı”ya 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib. 

Diniyev yenilginin səbəbini belə izah edib: “Fasilədən sonra problemlər sol cinah müdafiəçimizin sıradan çıxması ilə başladı. İkinci hissənin əvvəlindən komanda sanki sıxılırdı, psixoloji cəhətdən özünü itirmişdi. Futboldu, alınmayanda alınmır. Ümid edirəm ki, getdikcə komanda daha yaxşı çıxış edəcək. Sonuncu yerdə olmaq komandanı çox sıxır. Buna görə də psixoloji problemlər var. Təəssüf ki, aparıcı futbolçularımız qələbə üçün əllərindən gələni etsələr də, alınmadı”. 

Diniyev qış fasiləsində heyətdə ciddi dəyişikliklər etməmələrinin səbəbini belə izah edib: “İstəklərimiz çoxdur. Lakin qış transfer pəncərəsində böyük dəyişikliklərə getmədik. Yalnız 1 futbolçu ilə gücləndik. Bu da ondan irəli gəlir ki, əlimizdəki futbolçulara inanırıq. Düzdür, bu gün məğlub olduq. Bununla belə, ruhdan düşmək olmaz. Bu gün komanda bacardığını, mən Türkiyədə gördüyüm futbolu sərgiləmədi. İkinci hissədə sıxıntı var idi, sanki komanda yükün altındadır. Mən nə qədər futbolçuları səsləsəm də, sanki daxildə bir qorxu var. Düşünürəm ki, vaxta ehtiyac var. 2-3 oyundan sonra komanda öz axarında davam edəcək”.

Mütəxəssis yerli futbolçu transerinin olmaması ilə bağlı sualı belə cavablandırıb: “Bəzi yerli futbolçuları dəvət etmək istəyirdik. Ancaq klubları onları buraxmadı. 2-3 futbolçu maraq dairəmizdədi idi. Keçidləri baş tutmadığı üçün adlarını açıqlamaq istəməzdim”.

“Səbail”in çalışdırıcısı heyətdəki itkilərdən də söz açıb: “Ağabala Ramazanovun yoxluğu böyük itkidir. O, kreativ futbolçudur və hər zaman komandaya faydalı olur. Meydanda yeri görünür. Ruslan Hacıyev də zədədlidir. Təxminən 1 ay sonra sıraya dönəcək. Eləcə də Turan Manafovun yoxluğunu qeyd edə bilərəm. Bu üç yerli futbolçunun yoxluğu bizim üçün problemdir. Həkimlər korpusu onların meydana tez qayıtmaları üçün əllərindən gələni edirlər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30