30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Redon Cica: "Qollar vurub, "Qarabağ"la daha irəli getmək istəyirəm"

"Qarabağ"ın albaniyalı yeni transferi Redon Cica ölkəsinin mətbuatına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, hücumçu Bakıya tez uyğunlaşacağını deyib:

"Dünən gəlmişəm, ölkəyə alışıram. Yaxşıyam, inanıram ki, çox tez uyğunlaşacam. Düzünü desəm, bu transfer baş tutana və menecerlərim "Qarabağ" haqda mənə deyənə qədər, çox şeyi bilmirdim. "Tirana"da hamı mənim adıma sevindi. Son gün məşqçi ilə görüşdüm və mənə ən xoş arzularını bildirdilər. Məşqçi dedi ki, "get, sənə uğurlar arzulayıram və bir neçə ildən sonra Albaniyaya qayıtma". Onlar olmasaydı, mən bu qədər inkişaf etməzdim. Onların sayəsində diqqət çəkdim və transferim baş tutdu".

Redon Cica "Qarabağ"da çox yaxşı qarşılandığını əlavə edib: "İdman direktoru və komandanın digər üzvləri məni çox yaxşı qarşıladılar. Azarkeşlər də çoxlu xoş mesajlar göndərdilər. Məşqçi və futbolçularla görüşməmişəm. Çünki oyun var idi və Bakıda deyildilər. Komanda Konfrans Liqasında mübarizə aparır. Xoşbəxtəm. Qollar vurub, komanda ilə daha irəli getmək istəyirəm".

Cica "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli ilə söhbətindən də danışıb: "Aqolli ilə danışdım və uzun söhbətim olmadı. Məni təbrik etdi və bəzi məsləhətlər verdi. Görən odur ki, "Qarabağ"da əfsanə olub".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30