30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

"Qarabağ"ın növbəti hədəfi - sabiq "Fənərbaxça"lı

"Qarabağ" heyətinə daha bir futboulçu qata bilər. 

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi Fransa "Dijon"unun futbolçusu Yassin Benziaya 2,5 illik müqavilə təklif edib. Bu barədə "L’equipe" nəşri məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı yarımmüdafiəçi ilə "Qarabağ" arasında danışıqlar müsbət istiqamətdə gedir və onlar sözləşmə imzalaya bilər.

Yassin Əlcəzair millisinin sabiq üzvü 2020-ci ildən "Dijon"un futbolçusudur. O, ötən ilin ilk yarısını icarə əsasında Türkiyə "Hatayspor"unda keçirib. Yasson "Dijon"a qayıtdıqdan sonra Liqa 2 təmsilçisinin heyətində bu mövsüm meydana çıxmayıb. 

Qeyd edək ki, Yassin Benzia Fransada "Lion", "Lill", Yunanıstanda "Olimpiakos", Türkiyədə "Fənərbaxça" kimi komandaların da formasını geyinib. O, Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30