30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

"Keçənilki "Sumqayıt"la bugünkü komanda arasında fərq böyükdür"

"Fasilədən sonra ilk oyumuz idi. Çətin olacağı əvvəldən bəlli idi. "Zirə" güclü rəqibdir və bu komanda ilə səfər oyunları hər zaman çətin keçir".

Futbolxeber.az saytına müsahibəsində bu sözləri "Zirə" ilə oyundan sonra (1:3) "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov deyib.

Təcrübəli müdafiəçi komandasının yenilgisini səhvlərlə əlaqələndirib: "Birinci hissədə yaxşı oynadıq. Lakin fasilədən sonra zəif təsir bağışladıq. Uşaq səhvlərindən qollar buraxdıq. "Zirə"nin hansı epizodlarda təhlükəli olduğunu bilirdik. Baş məşqçimiz bununla bağlı bizi məlumatlandırmışdl. Təəssüflər olsun ki, fərdi səhvlərə yol verdik. Ani diqqətsizlikdən qapımızda qollar gördük. Artıq bu görüşü unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq".

"Sumqayıt"ın kapitanı zədəsi barədə də danışıb: "Oyundan əvvəl də zədəm var idi. Oyuna ağrıkəsici vurdurub çıxmışdım. Sabah MRT-dən keçəcəm. Ümid edirəm ki, ciddi bir şey olmaz. Yalnız sabahkı müayinədən sonra zədəmin nə dərəcə ciddi olub-olmadığı müəyyənləşəcək".  

Vurğun Hüseynov qarşıdakı turlarda komandasının daha yaxşı çıxış edəcəyinə inanır: "Antalyada çox yaxşı hazırlıq keçdik. Özünüz də görürsüz ki, keçənilki "Sumqayıt"la bugünkü komanda arasında fərq böyükdür. İnşallah qardaşıkı turlarda daha yaxşı çıxış edəcəyimizə ümid edirəm".

Fərəc ASLANOV

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30