30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Samir Abasov: "Heç kim qarantiya verməyib ki, Premyer Liqadan düşməyəcəyik"

"Oyun necə keçdiyini siz daha yaxşı gördünüz. birinci hissə yaxşı, hərəkətli oynayırdıq. Rəqibə boşluqlar, epizodlar vermədik. baxmayaraq ki, hücumameyilli, yaxşı oyunçuları var idi. İlk yarıdan çox yaxşı təəssüratla ayrıldıq". 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XIX turunda "Zirə"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib. 

O, komandasının fasilədən sonra zəif təsir bağışladığını qeyd edib: "Əfsuslar olsun ki, matçın gedişində mərkəz müdafiəçimizi itirdik. Əvəzedicisi də yox idi. Bu, buraxılan qollarda da özünü göstərdi. Əslində, Vurğun oyundan əvvəl zədələndi. Amma oyuna çıxsa da, sonadək davam etdirə bilmədi. Planlarımız pozuldu. Deyim ki, rəqibin təzyiqi və başqa cür oyunu var idi. Biz qopduq. Muradı arxaya çəkdik və ortanı rəqibə verdik. Üç qol vurmaq "Zirə"nin səviyyəsini ortaya qoyur. Amma ilk yarıdan razıyıq. Bu cür itkilər olmazsa, daha da yaxşı çıxış edəcəyik. Yeni oyunçularımız da meydanda idi. Bu çempionatı tanımırlar. Başa düşürük. Ümid edirik ki, gələn oyunlarda daha yaxşı olarlar".

- Yeni transferlər özlərini doğrultdular?

- Bəli, doğrultdular. Üçünün də oyunun yaxşı alındı.

- Vurğun Hüseynovun durumu nə yerdədi?

- Xoş deyil. Digər mərkəz müdafiəçimiz də uzun müddətə sıradan çıxıb. Ona görə də, Murad Xaçayevi çəkdik kənara. Vurğun hansı müddətə qədər olmayacaqsa, bizim üçün fəlakətdi. Onun yerində həmin mövqenin oyunçusu çıxış etməyəcəksə, səhvlər olacaq. Həmin səhvləri də etdik. Bu gün kiminsə üstünə düşməyə dəyməz.

- Yeni transferlər gözlənilir?

- Xeyr.

- AFFA-nın baş katibi Sərxan Hacıyev bildirib ki, sonuncu yeri tutan liqadan düşəcək. Hazırda təhlükəli zonadasız. Hansı çatışmazlıqlar var ki, aradan qaldırmalısız?

- Çempionatı tərk edəcək komanda mayda məlum olacaq. Ona qədər vaxtımız var. Oyunları udmalıyıq. Ən azından təhlükəli zonadakı rəqiblərimizi udmalı və xal götürməliyik. Bu gün Vurğunun zədələnməsindən sonra oyun tamam dəyişdi. Amma biz iki hissəni də oynamalıyıq ki, xal götürək. Liqadan düşə də bilərik. Heç kim qarantiyə verməyib ki, düşməyəcəyik. Belə xallar itirəcəyiksə, düşə bilərik. Gənclərimiz çoxdur. Hamımız dərk etməliyik ki, yerimizi qorumalıyıq. Hamımız birlikdə çalışmalıyıq.

- Vurğun Hüseynov zədələnəndən sonra dəyişikliyi səhv etdiz? 

- Bir mərkəz müdafiəçisi zədələnirsə, onu əvəz edən olmalıdır. Digəri də zədəlidirsə, problem yaşaya bilərsən. Dayaq yarımmüdafiəçisini müdafiəyə atdıq. Rüfəti də atdıq dayaq yarımmüdafiəçisi mövqeyinə. Ortada boşluqlar verdik, arxa da asan keçiləsi yer oldu. Birinci hissəyə diqqət etsəz, epizod vermədik. Amma sonradan üç qol buraxdıq. Çünki mərkəz müdafiəçisi yox idi, dayaq yarımmüdafiəçisi mövqeyi isə sağlam deyildi.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30