30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Qurban Qurbanov: “Qapıçı transfer etmək istəyirik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə “Turan Tovuz”a qarşı keçirilən oyundan sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis komandasının 3:2 hesablı qələbəsini belə şərh edib: “İlk dəqiqələrdən gərgin oyun getdi. Çox möhkəm, qış fasiləsindən sonra daha da formalaşmış komandaya qarşı oynadıq. Rəqibin hücumları müdafiə xəttimizə çox çətinliklər yaratdı. Bu da Ayxan Abbasovun oyun üslubundan biridir. Rəqib 2 dəfə hesabı bərabərləşdirsə də, futbolçularım əzmkarlıq göstərdilər və qalib gələ bildik”. 

Qurbanov komandasında müəyyən qədər yorğunluq olduğunu bildirib:“Antalyadan Bakıya deyil, birbaşa bura gəlmişdik. Futbolçularda istər-istəməz yorğunluq var idi. Bununla belə, çox vacib 3 xal qazandıq. Rəqib komandaya da, tovuzlu azarkeşlərə də uğurlar arzu edirəm”.

“Qarabağ”ın çalışdırıcısı transferlərlə bağlı da danışıb: “Qapıçı transfer etmək istəyirik. Hələ ki danışıqlar gedir. Qarşıda bir neçə gün vaxtımız var. Məqsədimiz tək Lukanın deyil, əlimizdə olan bütün futbolçuların idman formasını yaxşılaşdırmaqdır. Bu gün qapıçılar da daxil, hər bir futbolçumuza güvənirəm. Qarşıdakı oyunlarda onlardan daha yaxşı performans gözləyirəm”.

Qurbanov bəzi futbolçularının adını “Qarabağ”la yanaşı hallanmasına belə münasibət bildirib: “Ancaq danışıqlar gedir. Hələ ki real bir şey yoxdur”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30