26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Konkret hədəflərimiz var"

"Bakı" klubunun prezidenti Hafiz Məmmədov “Lans”la "zolaqlılar" arasında imzalanan əməkdaşlıq müqaviləsindən sonra Fransa mətbuatına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, Məmmədov "Lans" qarşıdakı illərdə Çempionlar Liqasında mübarizə aparacağını qeyd edib: "Lans"ın çətin vəziyyətə düşdüyünü bilirdim. Hazırda klubda vəziyyət normaldır. Məqsədim odur ki, “Lans” birinci liqaya qayıtsın. Komandanın uğurlu çıxışı və yüksək liqaya çıxması üçün lazım olan maliyyə ayrılacaq. “Lans”ın yüksək səviyyəyə çatması üçün hər şeyi edəcəyik. Bizim konkret hədəflərimiz var. Bir gün gələcək, “Lans”ı Çempionlar Liqasında görəcəyik”

“Lans”ın sahibi olan H.Məmmədov klubun prezidenti Jerve Martel və Fransa futbolunun əfsanəsi Jan-Pyer Papenlə gözəl münasibətlərdə olduğunu söyləyib: “Mən bir il əvvəl “Lans”la əməkdaşlıq edəcəyimizi ağlıma belə gətirməzdim. Tale hamımızı birləşdirdi. Mən dostum Jerve ilə birgə gözəl bir layihənin təməlini qoymuşam. Əminəm ki, bu layihə müsbət effekt verəcək. Jerve Martel inadkarlığı, işə yüksək həvəsi ilə mənim diqqətimi çəkdi. O zaman dedim ki, komanda üçün nələrsə etmək lazımdır. Mən futbolda belə inadkar insanları az görmüşəm. “Lans” tarixi klubdur. Belə bir klubla peşəkar münasibətlərə başlamağa görə sevinirəm. Fransa milli komandasının azarkeşi olmuşam. Həmçinin Fransa iqtisadiyyatına yaxın insanam”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30