29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

"Qarabağ" bizə hörmət etməlidir"

"Çempionlar Liqasında zəif rəqib yoxdur. "Qarabağ"a hörmətlə yanaşmalıyıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Polşanın "Lex" klubunun baş məşqçisi Con van den Brom Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Niderlandlı mütəxəssis Ağdam klubu ilə oyunun asan olmayacağını bildirib: "Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında nələr etdiklərini görmüşük. Amma rəqib də bizə hörmət etməlidir. Bütün futbolçular yaxşı formadadırlar. Azərbaycan çempionuna qarşı 2 oyun keçirəyik. Asan olmayacaq".

Qeyd edək ki, sabah Pozdnanda keçiriləcək "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30