29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Mixael Boris: "Qəbələ"ni məğlub edənədək digər komandalardan danışmaq ayıbdır"

"İlk hədəfimiz Azərbaycan təmsilçisini məğlub etməkdir. Hələlik bundan uzağa baxmağa dəyməz. Bu rəqibi məğlub edənədək növbəti mərhələdəki komandaların keyfiyyətindən danışmaq ayıbdır".

Futbolxeber.az saytının məlumatına görə, bunu Macarıstanın "Fehervar" komandasınn baş məşqçisi Mixael Boris "Qəbələ"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları ilə bağlı "Nemzetisport"a müsahibəsində deyib.

47 yaşlı mütəxəssis iyulun 21-dək klub nümayəndələrindən birinin "qırmızı-qaralar"ı təhlil etmək üçün səfərə yollanacağını söyləyib: "Əgər komanda oyunu göstərsək və heyətə xas keyfiyyət ortaya qoysaq, qalib gələcəyik. “Qəbələ”yə qarşı meydana hansı heyəti buraxacağımı indidən deyə bilmərəm. Çünki milli komandalarda çıxış edən futbolçular düşərgəmizə yeni qoşulublar. Buna görə də, oyunçuların fiziki durumları bir-birindən fərqlidir. “Qəbələ” ilə qarşılaşmanın heyətini formalaşdırmaq üçün üç həftə vaxtımız var".

Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30