26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Olimpiakos" Bakıda qazona görə boyük problemlə üzləşəcək"

Yunanıstan mətbuatı "Neftçi"nin ev oyunlarını keçirdiyi "Bakcell Arena"nın durumu barədə mənfi fikir bildirib.

Futbolxeber.az-ın məlumatına görə, “Gargalianoionline” saytı "Olimpiakos"un Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Bakıda "Neftçi" ilə keçirəcəyi görüşə toxunub.

Sayt yazıb ki, "Dinamo" Tbilisi ilə təsnifat mərhələsinin oyununda "Bakcell Arena"nın qazonu pis vəziyyətdə olub:

"Bakıda "Olimpiakos" meydançanın keyfiyyətsiz qazonuna görə boyük problemlə üzləşəcək. "Neftçi" və "Dinamo"nun futbolçuları oyun zamanı tez-tez sürüşür, ot parçaları oyunçuların ayağına yapışırdı. "Dinamo" ilə matçda otun vəziyyəti daha da pisləşdi. Hətta "Neftçi"nin baş məşqçisi Samir Abasov da oyundan sonrakı mətbuat konfransında qazonun keyfiyyətsiz olduğunu qeyd etdi. O ümid etdiyini dedi ki, 2 həftə sonra "Olimpiakos"la görüşdə meydança yaxşı vəziyyətdə olacaq".

Xatırladaq ki, "Neftçi"nin "Olimpiakos"la ilk oyunu iyulun 21-i Yunanıstanda, cavab matçı iyulun 28-i Bakıda olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30