26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Konfrans Liqası: "Qarabağ" və "Sumqayıt"ın cavab oyunlarının hakimləri açıqlandı

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Aşdod" (İsrail) - "Qarabağ" və "Sumqayıt" - "Çukariçki (Serbiya) cavab oyunları üçün hakim təyinatları açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, iyulun 29-u oynanılacaq Ağdam klubunun matçını Serbiya Futbol Federasiyasından  Novak Simoviç idarə edəcək. Ona həmyerliləri Nikola Coroviç və Miloş Simoviç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Aleksandar Jivkoviç yerinə yetirəcək.

Eyni gündə keçiriləcək "Sumqayıt"ın "Çukariçki" ilə görüşünün isə baş hakimi Danimarka Futbol Federasiyasından Yorgen Burxardt olacaq. Yan xətt hakimləri Lars Hummelqard və Nils Hög, dördüncü hakim isə Sandi Putrosdur.

Qeyd edək ki, "Sumqayıt"ın oyunu saat 20:00-da, "Qarabağ"ın qarşılaşması isə 21:00-da başlayacaq.

Əlavə edək ki, Konfrans Liuqasındakı digər təmsilçimiz "Keşlə"nin "Soçi" ilə cavab matçı üçün hələlik hakim təyinatları açıqlanmayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30