26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Samir Abasov: “Ümid edək ki, “Olimpiakos” da bizi bağışlayar”

"Futbolçulara təşəkkür edirəm. Fasilədən sonra ağır oyunlara çıxmaq çox həyəcanlı idi. Bunun da öhdəsindən gəldilər. Bəzi epizodlar istədiyimiz kimi olmadı. Amma oyundan-oyuna düzələcək. Hər iki oyun o qədər ürəkaçan olmadı".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Dinamo" ilə cavab matçından (2:1) sonra təşkil edilən mətbuat konfransında deyib.

- “Neftçi” ayılmaq üçün mütləq qol buraxmalı idi?

- Birinci oyundakı nəticə bizi ehtiyatlı oynamağa vadar etdi. Amma qol buraxandan sonra oyunu xilas etmək istədik. Bugünkü oyunu kimlərə görə, niyə oynamalı olduğumuzu uşaqlara oyundan əvvəl demişdim.

- Harramiz hər iki matçda fərqli mövqelərdə oynadı. Bunun səbəbi nə idi?

- Harramiz universal futbolçudur. Bu oyunda Ömərə bəzi taktiki tapşırıqlar vermişdim, o da öhdəsindən gəldi. Əlimizdə 2-3 ehtiyat oyunçu var. Bəzən kimisə məcburiyyətdən oynadırsan. Söhbət Harramizdən getmir. Matçlar keçdikcə yeni gələnlərin nəyə qadir olduğunu daha yaxşı görəcəyik.

- Hər iki oyunda bir növ bəxtiniz gətirdi. Növbəti mərhələdəki rəqib “Olimpiakos”dur. Onlar səhvləri bağışlamır. Həmin görüşdə nələri planlayırsınız?

- Ümid edək ki, “Olimpiakos” da bizi bağışlayar. Çalışacağıq həmin görüşə qədər səhvləri aradan götürək. Bu cür şansları yunanlar yüz faiz bağışlamaz.

- Oyundan əvvəl də, bu gün də həyəcan dediniz. “Dinamo” isə dağ başına qoyulacaq komanda deyil...

- Bizdə Honda kimi oyunçu yoxdur ki, çıxıb oyunu həll etsin. Komanda daxilində istər-istəməz təşviş yaranır. Bu da avrokubokdakı oyunla bağlıdır. “Dinamo” yaxşı komandadır, meydanda kollektiv şəkildə lazım olan işi görə bilirlər. Bundan başqa azarkeşlərin gəlməsinə icazə verirlər. Uzunmüddətli fasilədən sonra Gürcüstanda meydana çıxdıq. Biz bu gün yaxşı vəziyyətdə deyilik.

- “Olimpiakos”la oyuna qədər transfer gözlənilir?

- Bəli, gözlənilir.

- “Dinamo” ilə oyunlarda tam gücünüzlə oynadınız, yoxsa bəzi sirri “Olimpiakos”a saxladınız?

- Heç bir şeyi gizlətməmişəm. Amma bu iki oyun bizim xeyrimizə ola bilər. Açıq deyək, “Olimpiakos” onlara qarşı bir nömrədə oynamağa imkan verməyəcək. Məcburən iki nömrədən oynayacağıq. Bu gün matçın böyük hissəsində rəqib bunu bizə yaşatdı. Etdiyimiz səhvlər bunun üzərində durmaq baxımından önəmli oldu.

- Ehtiyat qüvvənin azlığından şikayət edirsiz. Bəs transferlər niyə gecikir?

- Bunun bir cavabı var, istədiyimiz oyunçuları götürə bilmirik. 5 nəfərə yaxın oyunçu var ki, birbaşa müqaviləyə gətirmək istəyirik. Əvvəllər 3 mövqedə fikirləşirdik. Bir komandada sol cinah müdafiəçisi yoxdursa, bu gün “Olimpiakos”u müzakirə etmək çox çətindir. Rotasiyalar etmək, oyunu gücləndirmək çətindir. Əsas məsələ maliyyədə qırılır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30