26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Mahir Məmmədov: "Dinamo" "Neftçi"nin yolunu indi keçməlidir"

 “SOCAR Energy Georgia” Şirkətinin Baş direktoru və AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun müsahibəsi

- Tbilisidə "Dinamo" ilə keçirəcəyi oyundan əvvəl "Neftçi" barədə təəssüratlarınız necədir?

- İlk növbədə, "Neftçi" Gürcüstana xoş gəlib, səfa gətirib. Çox şadam ki, komandamızı burada qonaqlayırıq. "Neftçi" Azərbaycan futbolunun flaqmanı, lideri olub və ümidvaram ki, bu adı uzun illər qoruyacaq. Klub rəhbərliyi ilə söhbətimizdə də qeyd olundu ki, müəyyən dövrlərdə "Neftçi" irəli addımlayıb və ya süquta doğru gedib. Xoşbəxtlikdən, hazırda bu klubun gözəl menecmenti, Avropasayağı olmasa da, Avropaya yaxın maliyyəsi, yeni maddi-texniki bazası var. Həmin baza barədə də danışdıq. Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üstündə salınmış Türk Hava Yolları Mərkəzində akademiya, təbii örtüklü üç, qapalı iki meydança komandanın intensiv və planlı inkişafına böyük zəmin yaradır. Təsadüfi deyil ki, "Neftçi" həm Azərbaycan Premyer Liqasında, həm də I Divizionda qızıl medal qazandı. Bu nailiyyətlər "Neftçi" azarkeşlərinə sinələrini uzun müddət daha da irəli verərək, gələcəyə qürurla baxmalarına böyük əsas verir. "Neftçi"nin vaxtilə sönmüş, ruhdan düşmüş azarkeşləri hazırda yeni renessans dövrünü yaşayırlar.

- "Dinamo" ilə oyunlardan nə gözləyirsiniz?

- Bu, "Neftçi"nin Avropa yürüşünün əvvəlidir. Bilirəm ki, "Qarabağ" kimi "Neftçi" də ya bu, ya da növbəti mövsüm qitə miqyasında adını bərpa edəcək. Bilirəm ki, "Dinamo" ilə Tbilisidəki oyun çox maraqlı olacaq. Bu, prinsipial xarakterli qarşılaşmadır.

- Avrokuboklarda qrupa düşən ilk komanda "Neftçi" olub. 2012-ci ildə də qrupa doğru yol Gürcüstanın digər təmsilçisi "Zestafoni" ilə başlamışdı...

- Bəli, xatırlayıram. Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu Zestafonidə keçirildi. David Abaşidze adına stadionda şərait xoşagələn deyildi. Orada da komandamızın yanında idik. İndi isə "Neftçi" yeni tarix və yeni səviyyəyə qədəm qoyub. Özü də dediyim kimi, planlı, düşünülmüş şəkildə və yeni baza ilə. Ona görə də hazırda optimizm daha çoxdur.

- Bəs bu dəfə nəyə ümid etmək olar?

- İndidən deyə bilmərəm. Qoy, başlasınlar da (gülür - red.). Əlbəttə, yolu getmək üçün ilk addımları atmaq lazımdır. Görür və hiss edirəm ki, ilk addımlar çox düzgündür, uğurludur.

- Siz "Dinamo" barədə də müəyyən informasiyaya maliksiniz. "Neftçi" bu rəqibi nəyin sayəsində keçə bilər?

- Mən bilmirəm ki, "Dinamo" "Neftçi"ni nəyin sayəsində keçə bilər (gülür - red.). Çünki bu komandanın əvvəlki şanlı tarixi arxada qalıb. Klubun rəhbərliyini gözəl tanıyıram, uzun müddət bizim biznes tərəfdaşlarımız olublar. Deyə bilmərəm ki, hazırda "Dinamo" renessansa, bərpaya köklü, fundamental şəkildə qədəm qoyub. Məncə, bu klub "Neftçi"nin yeni tarixdə arxada qoyduğu yolu indi keçməlidir.

- Sizcə, "Dinamo"nun hazırkı baş məşqçisi Kaxaber Tsxadadzenin uzun müddət Azərbaycanda işləməsi və "Neftçi"ni tanıması rol oynaya bilər?

- Bu amil barədə bir söz deyə bilmərəm. Tsxadadzenin "Dinamo"da necə işləməsini izləməmişəm. Tbilisi komandasında yenidir. Onun nəticələrindən xəbərsizəm. Tsxadadze Azərbaycanda çox tanınmış, hörmətli mütəxəssisdir. Vaxtilə onun Azərbaycan millisinin baş məşqçi postuna namizədliyini də nəzərdən keçirirdik. Belə məqamlar da olub (“Report”).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30