26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Stankoviç: “Bizi çətin oyunun gözlədiyini bilirik”

“Neftçi”nin müdafiəçisi Voyislav Stankoviç Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubuna qarşı keçirəcəkləri oyunla bağlı danışıb.

Futbolxeber.az saytının məlumatına görə, serbiyalı futbolçu bu gün Tbilisidə təşkil olunan mətbuat konfransında meydana qələbə üçün çıxacaqlarını bildirib:

“Bizi çətin oyunun gözlədiyini bilirik. Rəqibi yaxşı analiz etmişik. Meydana öz oyunumuzu göstərərək, qələbə qazanmağa çıxacağıq. “İnter”də (indiki “Keşlə”) oynadığım dövrdə “Dinamo”nun hazırkı baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərliyi altında çalışmışam. Onun Azərbaycan futbolunu yaxşı tanıdığını və futbolçulardan nə tələb etdiyini bilirik. Lakin biz Azərbaycan çempionuyuq və ümidvaram ki, ən yaxşı oyunumuzu sərgiləyəcəyik. Komandadakı dəyişikliklər müdafiə xəttinə də təsirsiz ötüşməyib. Buna baxmayaraq, yaxşı oyun sərgiləməyə çalışacağıq”.

Qeyd edək ki, iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30