26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Neftçi”yə qarşı oynamış serbiyalı: "Sumqayıt"la matçda qələbə öz əlimizdədir"

"Azərbaycanda möhtəşəm futbol oynanıldığına dair dilemmam yoxdur. Bir dəfə "Neftçi"yə qarşı "Partizan" forması ilə çıxış etmişəm. Həmin görüşləri yaxşı xatırlayıram".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Serbiyanın “Çukariçki” komandasının futbolçusu Miladin Stevanoviç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"la keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

25 yaşlı serbiyalı müdafiəçi Azərbaycan təmsilçilərinin maraqlı komandalar olduğunu bildirib: "Sürətli oyunçulara qarşı matç asan olmayacaq. Püşkatmada daha yaxşı və ya pis nəticə əldə edə bilərdik. Diqqətli olmalılıq. İstedadımıza inanaraq qələbə qazanmaq öz əlimizdədir. Cavab matçından əvvəl vəziyyəti özümüz üçün asanlaşdıra bilərik".

Stevanoviç səfər qolu qaydasının ləğv edilməsini ədalətli qərar adlandırıb: "Evdə və ya səfərdə oynanılmasının fərqi yoxdur. Nə qədər qol buraxsan, o qədər də vurmalısınız. Heç-heçə olsa, əlavə vaxtda da qalib bilinməsə, penaltilərə getməlisən".

Qeyd edək ki, "Çukariçki" və "Sumqayıt" arasındakı ilk oyun iyulun 21-də Serbiyada, cavab matçı isə iyulun 29-da Azərbaycanda olacaq ("Report").

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30