26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Roberto Bordin: "Azərbaycan millisinə uğurlar arzulayıram"

"Oyun çox gərgin keçdi. Hər iki komanda matçın müxtəlif hissələrində oyuna nəzarət etdi".
 
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri futbol üzrə Moldova yığmasının baş məşqçisi Roberto Bordin Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.
 
İtaliyalı mütəxəssis məqsədlərinə çatdıqlarını bildirib: "Azərbaycan millisinin son oyunlarını izləmişdik. Yaxşı formada olan ciddi kollektivə qarşı oynadıq. Rəqibin heyətində vaxtilə "Neftçi"də rəhbərliyim altında oynamış futbolçuları gördüm. Hamısı yaxşı təsir bağışladı. Fürsətdən istifadə edib, "Neftçi"ni çempionluq münasibətilə təbrik edirəm. Azərbaycan millisinə isə uğurlar arzulayıram".
 
56 yaşlı baş məşqçi futbolçuların ürəklə oynadığını vurğulayıb: "Bunun sayəsində qələbə qazandıq. Matçın sonlarında üstünlüyümüz var idi. Çünki rəqib meydanda azlıqda qalmışdı. Xüsusilə ilk 5 dəqiqəni çıxmaq şərtilə, birinci yarıda əla oynadıq. Komandamı təbrik edirəm. Uşaqlar qələbə qazanacaqlarını başa düşürdülər. Onlar bunu bütün azarkeşlər və ölkə üçün etdilər".
 
Bordinin sözlərinə görə, komandası sonadək yaxşı müdafiə olunub: "Rəqib matçın sonlarına doğru risk etməyə başladı, çünki qol vurmaq istəyirdilər. Belədə bizim üçün boş zonalar açıldı və əks-hücumlarda oynamağa çalışdıq. Başqa nə etməliydik? Müdafiə olunmalı idik. Bu, futboldur. Düşünürəm ki, müdafiədə etibarlı oynadıq. Daha çox qol vura bilərdik. Bu vəziyyətdə başqa cür oynaya bilməzdik".
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30