26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Elxan Məmmədov: "Türkiyə millisinin fanatlarını Bakıda gözləyirik"

AFFA-nın vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-nin Bakıda keçiriləcək A qrupu matçları ilə bağlı fikirlərini bölüşüb. 
 
Futbolxeber.az saytının məlumatına görə, qurum rəsmisi hətta türkiyəli fanatlara səslənməyi də unutmayıb:
 
“Türkiyəli azarkeşlərin ən çox diqqətini çəkən məqam “ay-ulduzlular”ın qrupdakı iki oyununu Bakı Olimpiya Stadionunda keçirməsidir. Türkiyə yığmasının oyunları təkcə qardaş ölkədə yox, Azərbaycanda da həyəcanla gözlənilir. Amma bu möhtəşəm stadionun tribunalarından oyunları izləmək üçün bilet almalısınız. Koronavirus pandemiyasi səbəbindən Bakı Olimpiya Stadionunun ümumi tutumunun 50 faizinə azarkeş qəbul ediləcək. Türkiyə millisinin fanatlarını Bakıda gözləyirik. Biletinizi onlayn sistemdən sürətli şəkildə ala bilər, komandanızı iyunun 16-da və 20-də stadiondan dəstəkləyə bilərsiniz”.
 
Qeyd edək ki, iyunun 11-də AVRO-2020-nin açılış matçında Romada İtaliyanın qonağı olacaq Türkiyə millisi ayın 16-da Uelslə, 20-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30