26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Georgi Kondratyev: "Azərbaycan millisi yaxşı komandadır"

"Oyun gözlənildiyi kimi ağır keçdi. Azərbaycan yaxşı oynayan komandadır. Yaxşı təlim-məşq toplanışı keçiblər, bizdən əvvəl Türkiyə seçməsi ilə oynayıblar. Biz isə ilk dəfədir bu heyətlə toplaşmışıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bunları futbol üzrə Belarus millisinin baş məşqçisi Georgi Kondratyev evdə Azərbaycan yığmasına 1:2 hesabı ilə uduzduqları yoldaşlıq matçından sonra mətbuat konfransında deyib.
 
61 yaşlı mütəxəssis futbolçularının meydanda əlindən gələni etdiyini bildirib: "Məcburi əvəzetmələr etsək də, yeni futbolçular oyunu gücləndirmək əvəzinə zəiflətdilər. Matçı heç-heçə ilə başa vurmağa çalışdıq, amma uduzduq. Məsələ məğlubiyyətdə deyil. Sadəcə, ehtiyat oyunçular skamyasından gələn futbolçuların bu cür oynamağa haqqı yoxdur. Onlar hansı zonaları tutmaq, hansı oyunçuları saxlamaqla bağlı tələbləri yerinə yetirmədilər".
 
Təcrübəli baş məşqçinin sözlərinə görə, rəqibin haqqını vermək lazımdır: "Siz də gördünüz ki, meydanda bacardığımızı etdik. Oyuna start heyətində başlayan futbolçular da tapşırıqları tam yerinə yetirə bilmədilər. Bu, futboldur. Bu gün rəqib qapısı qarşısında qol imkanlarımız olsa da, Azərbaycan millisi qalib gəldi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30