11 May 2024, Şənbə
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?

Ölkə futbolu

7 illik həsrət belə sona yetdi

Azərbaycan Premyer Liqasında qızıl medalların sahibi “Neftçi” oldu.

Futbolxeber.az saytının məlumatına görə, sonuncu turda “Dalğa Arena”da “Qarabağ”ı 1-0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi 9-cu dəfə ölkə çempionu adına yiyələndi.

Yekunda 59 xal toplayan “ağ-qaralar” ən yaxın izləyicisini 2 xal qabaqladı.

“Neftçi” oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun iştirak etdiyi mükafatlandırma mərasimində qızıl medallara qovuşdu. Tədbirin sonunda “Neftçi” futbolçuları çempionluq kubokunu başları üzərinə qaldırdı.

Qeyd edək ki, bu, bakılıların 7 mövsümdən sonra ilk çempionluğudur.

Peşəkar Futbol Liqası mükafatlandırma mərasimindən fotoları təqdim edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31