26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Ramin Quliyev: "Oyunu tez başlatmalıydıq ki, gəlib qol vursunlar?"

"Həftəboyu bu oyuna çox yaxşı hazırlaşmışdıq. "Neftçi"nin zəif və güclü tərəflərini təhlil etmişdik. Oyun əvvəldə də yaxşı gedirdi. Bu, sırf hesabda önə keçməyimizə görə deyildi".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, 20-25 dəqiqədən sonra gərginliyin yaranması artıq futbolçulara keçdi və ümumi oyunu dəyişdi: "Hakim ümumi oyunu əldən verdi. Buna baxmayaraq, qələbəyə daha çox biz layiq idik. Bu gün "Neftçi" bir xalı qazandı".

Quliyevin sözlərinə görə, qırmızı vərəqə ilə cəzalanan Bəhlul Mustafazadə belə epizodlarda daha diqqətli olmalıdır: "Epizoda baxıb, təhlil edəcəyik. Bəhlulun komandanı azlıqda qoyması xoşagəlməz hadisə idi. Ruslan Abışov təcrübəlidir. Onun meydana daxil olmasından sonra təcrübəsi özünü göstərdi".

Baş məşqçi futbolçularına göstərilən üç qırmızı vərəqənin intizamsızlıqla bağlı olmadığını söyləyib: "20 dəqiqədən sonra hakimin oyunu əldən verməsi vəziyyəti bu yerlərə gətirib çıxardı. Mən futbolçumun qırmızı vərəqə almasını hakimin boynuna yıxmıram. Epizodlara daha diqqətlə baxıb, dəyərləndirmək lazımdır".

O, qapıçıları Saşa Stamenkoviçin vaxtı aparmasına da münasibət bildirib: "Bu gün çempionluğa oynayan komanda xal itirdi. Samir Abasovun bizim qapıçıya münasibət bildirməsini başa düşə bilmirəm. Amma harada görünüb ki, üç qırmızı vərəqədən sonra qapıçı vaxtı aparmasın? Onlar kimi biz də xal qazanmalıyıq. Nə etməliydik? Tez başlamalıydıq ki, gəlib qol vursunlar? Rəqib baş məşqçinin bizim futbolçular haqqında fikir bildirməsini başa düşmürəm. Gərək, biz də rəqib oyunçular barəsində danışaq?” ("Report")




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30