26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Bizə qarşı belə oynamaq olmaz"

"Yarımfinal mərhələsində ilk oyunumuz idi. Qalib gəlmək istəyirdik, alınmadı. Futbolçular əziyyət çəkirlər. Oyunlarımız çox olduğundan istədiyimiz kimi köklənə bilmirik. Hücumda problemlərimiz var".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsində səfərdə "Sumqayıt"la qolsuz bərabərə qaldıqları ilk oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, finala çıxmaq üçün cavab görüşündə qələbə qazanmaq vacibdir: "Rəqib qol vurmağı bacaran komandadır. Cavab görüşündə daha diqqətli olmalıyıq".

Qurbanovun sözlərinə görə, ikinci hissədə oyuna daxil olan Abdullah Zubirin əvəzlənməsi onu zədədən qorumaq üçün atılmış addım idi: "Zubirin oyun başlayandan müdafiəçilərin ardıcıl zərbələrinə məruz qalmasına özüm də hirsləndim. Nə mən, nə də futbolçularım indiyədək rəqibə qarşı hörmətsizlik etmişik. Son zamanlar bəzi futbolçularıma qarşı aqressiya var. Xüsusən də Zubirə qarşı. Çox oyun olub ki, özümü saxlayıram, səbrli oluram. Amma futbolçunun da karyerası var, ailəsini bizdə oynaya-oynaya dolandırır. Hər birinin xətrini çox istəyirəm. Bəzi komandalar sırf ona qarşı aqressiv oynayırlar. Bu gün də 5 dəfə ayağından vurdular. Ötən oyun 2 futbolçumuz zədələndi. Qərəzli deməzdim, amma elə epizodlar var ki... Boş-boşuna Zubiri meydandan çıxarmaram. Sadəcə, tövsiyə edirəm ki, rəqibə hörmətlə yanaşsınlar. Dəfələrlə belə şeylər olub. Ancaq mən demirəm ki, futbolçularımızı bilə-bilə sındırırlar. Bizə qarşı belə oynamaq olmaz! Yenə bütün rəqiblərə hörmətlə yanaşacağıq. Amma bu dərəcədə olmaz".

Baş məşqçi hər iki cəbhədə sonadək mübarizə aparacaqlarını vurğulayıb: "Seçim iki dənədir; ikisini də istərdim. Çempionluğun və kubokun ayrı-ayrılıqda ləzzəti var. Mövsümün əvvəlində necə hazırlaşırdıqsa, sonadək hər iki cəbhədə mübarizə aparacağıq".

Qurbanov zədəli futbolçuları Patrik Andrade və Xayme Romeronun durumuna da toxunub: "Patrik Andradenin əzələsində birinci dərəcəli dartılma olub. "Qəbələ" ilə oyuna hazır olacağı bilinmir. Xayme Romeronun durumuna isə təkrar müayinədən sonra aydınlıq gələcək. Sağlam olsalar, bilərsən ki, 10-15 dəqiqə meydana buraxa bilərəm. Əlimdəki futbolçuların hamısına güvənirəm. Sonadək mübarizə aparacağıq. Əvvəldə işlətdiyim ifadələr bəlkə də xoş deyildi. Heç vaxt bu cür danışmamışdım. Həmişə hakimlərin sərt oyuna üstünlük vermələrini istəmişəm. Sadəcə, bəzi epizodları sanki görmürlər".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30