26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Anatoli Nuriyev: “De Byazi mənə etibar etdiyini söylədi”

“Açığı, özümü beynəlxalq arenada sınamağı çox istəyirdim. İlk dəfə bir il əvvəl Azərbaycan millisində oynamaq fürsətimin olduğunu öyrəndim”.

Futbolxeber.az saytının məlumatına görə. bu sözləri millimizə yeni cəlb olunan Anatoli Nuriyev Ukrayna mətbuatına müsahibəsində deyib.

Ukraynanın “Minay” klubunun kapitanı olan 25 yaşlı yarımmüdafiəçi Azərbaycan millisini seçməsindən danışıb. O, Ukrayna yığmasında böyük rəqabət olduğundan millimizi seçdiyini qeyd edib:

“Ata tərəfində Azərbaycan köklərim var. Zakarpatiya futbolunun yetirməsi kimi həmişə Ukrayna yığmasında oynamaq istəyirdim. Ancaq mən həmişə realist olmuşam və başa düşmüşəm ki, Andrey Şevçenkonun komandasında ən gərgin rəqabət yarımmüdafiəçilər arasındadır.

Azərbaycan millisini seçməzdən əvvəl komandanın baş məşqçisi Canni De Byazi ilə iki dəfə görüşdüm və mənə etibar etdiyini söylədi. İtalyan mütəxəssisin məhz bu etimadı mənim üçün kifayət etdi. Mart ayındakı fasilə zamanı Azərbaycan milli komandasında üç oyun keçirdim. Əvvəlcə dünya çempionatının seçmə mərhələsində Kriştiano Ronaldonun kapitanı olduğu Portuqaliya ilə, daha sonra Qətərlə yoldaşlıq görüşündə və nəhayət Serbiya ilə oyunda. Balkanlarla matçda bir xal qazanmağa yaxın idik, amma bəxtimiz gətirmədi.  Yenə də ümid edirəm ki, qazandığım beynəlxalq təcrübə bu yaxınlarda müqaviləmi bir il uzatdığım “Minay”da mənim üçün faydalı olacaq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30