26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ”ın legioneri: “Yığmaya dəvət almağım məni çox sevindirir”

"Bundan əvvəl Kabo-Verde yığmasında yoldaşlıq matçında meydana çıxmışdım. Ancaq Kamerunla görüşdə ilk dəfə milli formada rəsmi oyun keçirdim".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Patrik Andrade klubun rəsmi saytına açıqlamasında deyib.

Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kameruna qalib gəldikləri (3:1) görüşdə 71 dəqiqə meydanda olan 28 yaşlı yarımmüdafiəçi rəsmi debütündə qələbə qazandıqları üçün çox sevindiyini söyləyib: "Küləkli hava şəraitində keçən matç çox çətin alındı. Oyunun gedişində məğlub duruma düşsək də, vəziyyəti dəyişdik və əzmkar qələbə qazandıq. Yığmaya dəvət almağım məni çox sevindirir".

Andradenin sözlərinə görə, "Qarabağ"da oynamağının milliyə çağırılmasında böyük təsiri olub: "Mən bu komandaya keçəndən sonra milliyə çağırıldım. Ümid edirəm ki, "Qarabağ"da uğurlu çıxış etməyə davam edəcəyəm və milliyə müntəzəm dəvət alacağam. İndi bizi Mozambiklə çətin oyun gözləyir. Bu oyunda da müsbət nəticəyə köklənmişik

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30