26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

De Byazi: “Fasilədən sonra zəif oynadıq”

“Portuqaliya oyunu ilə müqayisədə bu gün 10 yeni oyunçuya şans vermişdim. İlk hissə yaxşı çıxış etdik, ancaq fasilədən sonra zəif oynadıq”.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi Qətərə qarşı keçirilən beynəlxalq yoxlama oyunundan sonra deyib.

İtaliyalı mütəxəssis 1:2 hesablı yenilgini belə şərh edib: “Fiziki cəhətdən güclü komandaya qarşı oynayırdıq. Bəzi oyunçular inkişaf etməlidir. Meydana buraxdığım yeni futbolçuların çıxışı ilk hissədə məni qane etdi. Ancaq dediyim kimi, fasilədən sonra oyunumuz alınmadı. Beynəlxalq səviyyəli oyunlar futbolçular üçün çətin olur. Yeni oyunçuların nəyə qadir olduqları məhz belə oyunlarda üzə çıxır. Onlar bu oyun tempinə hazır olmalıdırlar”.

De Byazi rəqibin boşluqlarından istifadə edə bilmədiklərinə görə təəssüfləndiyini vurğulayıb: “Heç vaxt futbolçularımdan geriyə ötürmə edərək oynamalarını istəməmişəm. Rəqibin pressinqinin qarşısını məharətlə aldıq. Təəssüf ki, boşluqlardan istifadə edə bilmədik. İkinci hissədə fiziki cəhətdən geri qaldığımız göründü”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30