26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Keysuke Honda: "Kamboca yığmasının baş məşqçisi deyiləm"

"Kamboca millisinin baş məşqçisi yox, baş meneceriyəm. Orada yaxşı insanlar işləyir, maraqlı layihələri var".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi Keysuke Honda “Bakcell Arena”dakı təqdimetmə mərasimində deyib.

O bildirib ki, Kamboca millisi “Neftçi”dəki çıxışına problem yaratmayacaq: "İndi iki komandam olacaq. Əvvəlcə "Neftçi", sonra Kamboca millisi".

35 yaşlı yarımmüdafiəçi 4 nömrəli formanı seçməsinin səbəbini də açıqlayıb: "Bu rəqəmi sevirəm. Yaponiya millisində də bu nömrə altında oynamışam. 4 nömrə ilə daha çox qol vurmuşam. Bəziləriniz bu cavabıma gülə bilərsiniz. Mətbuat konfransı çox çətin keçir".

Təcrübəli yarımmüdafiəçi Yaponiya millisi ilə Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etmək arzusu barədə də danışıb: “Mümkünsüz heç nə yoxdur. Düzdür, çətin olacaq. 23 yaşdan yuxarı 3 oyunçu seçiləcək. Millidə oynamışam. “Neftçi”də yaxşı oyun nümayiş etdirərək, yığmanın etimadını qazanmağa çalışacağam”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30