26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

"Sabah"ın baş məşqçisi: "Rəqib bizdən üstün idi və qələbə qazandı"

"Birinci hissədə rəqib daha yaxşı oynadı. Təhlükəli qol şanslarımız çox olmadı. Müəyyən xırda qol epizodları yaratsaq da, istifadə edə bilmədik. Rəqib bizdən üstün idi və qələbə qazandı".

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Visente Qomez səfərdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XVIII turunun oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, sonuncu pillədə olmaları komandaya pis təsir edir: "İstədiyimiz nəticələri qazana bilmirik. Mövsüm ərzində bəzi radikal dəyişikliklər etdik. Bunlar da bəzi matçlarda bizə kömək oldu. 1-2 qələbə lazımdır ki, hər şey düzəlsin. Amma məğlubiyyətə görə vəziyyət daha da çətinləşir".

İstefa ilə bağlı suala da cavab verən ispaniyalı baş məşqçi klub rəhbərliyi ilə danışdığını vurğulayıb: "Mən işimi davam etdirirəm ki, vəziyyəti yaxşılaşdırım. Danışdığımız mövzular isə özəl olaraq qalır".

Qomez komandanın əsas qapıçısı Saşa Stamenkoviçin sıraya qayıdacağı vaxtı da açıqlayıb: "Komandada müəyyən oyunçular var ki, yoxluğu mənfi təsir edir. Stamenkoviç yaxın günlərdə kolektivlə məşq etməyə başlayacaq və gələcəkdəki matçlarda meydana çıxacaq".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30