26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: “Neftçi”nin adı və tarixinin özü motivasiyadır”

“İkinci dövrədəki 6:0 hesablı səfər qələbəsini unutmuşuq. Belə hesablar nadir hallarda olur. Bu, mövsüm ərzində hər komandanın başına gələ bilər. Biz böyük klublarda, çempionatlarda bunun şahidi olmuşuq”.

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan derbisi - Premyer Liqanın 15-ci turunun oyunu barədə danışarkən CBC Sport-a deyib.

O bildirib ki, həmişə "Neftçi"yə qarşı həddindən artıq ciddi hazırlaşıblar: "Hər zaman yaxşı komandaya qarşı oynadığımızı dərk etmişik. İnanıram ki, əvvəlki matçdakı hesabın bu qarşılaşmaya təsiri olmaz. Əksinə, futbolçular bu görüşə daha məsuliyyətli və ciddi yanaşmalıdırlar".

Qurbanov "Füzuli Məmmədovlu, yoxsa Samir Abasovlu "Neftçi"ni fərqləndirərdiniz" sualına belə cavab verib: "Həmişə həmkarlarıma hörmətlə yanaşmağa çalışmışam. Bir şeyi bilirəm ki, biz "Neftçi"yə qarşı oynayırıq. Fərqi yoxdur: orada kim olur-olsun, kim işləyir-işləsin. Bu komandanın adı və tarixinin özü motivasiyadır. Bu, bizim üçün ciddi siqnaldır. Bundan əvvəlki görüşdə Füzuli Məmmədov baş məşqçi idi. İndi isə Samir Abasov. O, istənilən sistemdə oyuna çıxa və istənilən dəyişikliyi edə bilər. Biz bir neçə varianta hazır olmalıyıq".

Baş məşqçi bəzi xırda problemlərin və mikrozədələrin odluğunu söyləyib: "Elə oyunçular var ki, tam bərpa olunmayıb. Sabah daha aktiv və daha sağlam kollektiv meydanda olacaq".

Qeyd edək ki, fevralın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30