26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Yaşar Vahabzadə: “Ümid sonda ölür”

"Komandam pis oynamadı, özünü yaxşı tərəfdən göstərdi. İkinci hissədə əks-hücumlarımız oldu ki, futbolçular bir qədər soyuqqanlı davransaydılar, epizodu qola çevirə bilərdilər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Keşlə" ilə ilk oyunundan sonra mətbuat konfransında deyib.

O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Heyətimiz əsasən gənc oyunçulardan ibarətdir. Onların o dərəcədə ustalıqları yoxdur. Bununla belə, komandadan razı qaldım. Futbolçularıma təşəkkür edirəm. Açığı, penalti epizodunu görmədim. Amma təyin ediblərsə, deməli, doğru qərardır”.

Y.Vahabzadə Gəncədə keçiriləcək cavab matçında yaxşı nəticə qazanacaqlarına ümid etdiyini bildirib: "Ümid sonda ölür. Özümüzə inanırıq. Bu cür oyunlar futbolçularda inam yaradır. Gəncədəki görüşdə istədiyimiz nəticəni əldə etməyə çalışacağıq".

61 yaşlı mütəxəssis 1/8 finalda "Sabah" üzərində 2:1 hesablı qələbəyə görə komandaya mükafat verildiyini də əlavə edib: "Klub rəhbərliyi sağ olsun, Gəncəyə qayıdıb məşqləri bərpa edən gün uşaqları sevindirdilər. Bu mərhələni keçsək, hər halda yenə mükafatlandırılacağıq. Əsas olan komandanın yaxşı oyun göstərməsidir. Belədə mükafat da olacaq".

Qeyd edək ki, cavab görüşü fevralın 7-də Gəncə şəhər stadionunda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30