26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Elmar Baxşıyev: “Layiqli qələbə qazandıq”

"Oyunun çətin keçəcəyini bilirdik. Hava şəraiti dinamik, total futbol göstərməyə mane olurdu. Üç gündən bir oynadığımız üçün heyətdə rotasiya etmişdik. İnanırdıq ki, meydana çıxan futbolçular komanda yoldaşlarını layiqli əvəz edəcək və qələbə qazanacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 13-cü turunda “Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib: “Qələbəyə köklənmişdik. Öz istədiyimiz məzmunlu futbolu nümayiş etdirəcəyimiz halda qalib gələcəyimizə inanırdıq. Komanda verilən tapşırıqları yerinə yetirdi və layiqli qələbə qazandıq. Mövsümün əvvəlində heyəti ən gec formalaşdıran komanda “Qəbələ” oldu. Hətta 3-4-cü turlarda da bizə qoşulanlar var idi. Bizə vaxt lazım idi ki, xətlərarası əlaqələri quraq. Amma ilk turlarda da baxımlı, hücum futbolu oynayırdıq. Əsas tələbimiz də odur ki, hücuma tez çıxıb, ön xətdə keyfiyyətli olaq. İnanıram ki, bu bizim maksimumumuz deyil. Ceyms Adeniyinin səviyyəsi hamıya məlumdur. O, Azərbaycan çempionatına gəlmiş ən yaxşı futbolçulardan biridir. Ceyms geri dönəndə də biz onun səviyyəsinə bələd idik. Lakin o, bir müddət futboldan kənarda qalmışdı ki, bu da təsirini göstərirdi. Biz ona inanırıq və komandamızda davam etməsinə şad olarıq. Sırf hücumçu deyil, hücumameylli futbolçunun komandamıza qoşulmasına məmnun olarıq. Bu heyətlə də böyük məqsədlər uğrunda oynamaq mümkündür. Hamısı keyfiyyətli futbolçulardır. Lakin rəqabəti artırmaq üçün bir oyunçunun da olması yaxşıdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30