26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Makkabi"nin baş məşqçisi: "Nəticədən məmnun deyiləm"

"Düşünürəm ki, ümumilikdə yaxş oyun keçirdik. İlk hissədə çoxlu şansımız oldu, intizamlı olduq və mübarizə apardıq. Son dəqiqəyə qədər qələbə qazanmağa çalışdıq. Evdə növbəti mərhələ üçün mübarizə aparacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Makkabi"nin baş məşqçisi Giorqos Donis Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda İstanbulda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Ağdam təmsilçisi ilə paralel keçən  "Sivasspor" - "Vilyarreal" matçı (0:1) haqda da danışıb: "Bu görüşün nəticəsini son dəqiqələrdə bildik. Meydanda açıq oyun getdi. Sonadək vuruşduq. İmkanlarımız oldu, futbolçular çalışdılar. Komandamdan razı qaldım. Sadəcə, son nəticədən məmnun deyiləm".

"Makkabi"nin baş məşqçisi qrup mərhələsinin son turunda qarşılaşacaqları "Sivasspor"la oyun ərəfəsində bunları söyləyib: "Son turda evdə oynayacağıq. Özümüzə güvənirik. Güclü oyunçularımızın olduğu yaxşı komandamız var. Növbəti mərhələyə yüksəlmək üçün yaxşı fürsətimiz var".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30