26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Hacıbegiç Azərbaycanla matç haqda: "Sanki dünya çempionu ilə oynayacağıq"

"Yaxşı komandaya qarşı oynayacağıq. Matça ciddi yanaşırıq. 6 xalla qrup lideri olsaq da, bu, bizim üçün elə də böyük üstünlük deyil".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Monteneqro millisinin baş məşqçisi Faruk Hacibegiç UEFA Millətlər Liqasının qrup mərhələsində III turun Azərbaycanla oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Bosniyalı mütəxəssis bildirib ki, sabahkı qarşılaşmada mümkün məğlubiyyət vəziyyəti çətinləşdirə bilər: "Belədə 3 yığmanın 6 xalı ola bilər. Sabah biz qalib gəlib, Lüksemburqun uduzmasını gözləməliyik. Hələlik nəticələrdən razıyam. Lakin riyazi baxımdan birinci yeri təmin etməmişik. Futbolçulardan maksimum konsentrasiya xahiş edirəm. Azərbaycan yığması azlıqda Lüksemburqa qol vurub və səfərdə Kipri udub, hörmətəlayiq komandadır. Qələbə üçün hər şeyi edəcəyik. Bu matça elə yanaşıram ki, sanki dünya çempionu ilə qarşılaşacağıq".

63 yaşlı baş məşqçi Aleksandr Şekiçin zədəli, Stefan Saviçin isə cəzalı olduğu üçün millimizlə oyunu buraxacağını söyləyib.

Azərbaycan millisinin Avro-2004-ün seçmə mərhələsində Podqoritsada Monteneqro ilə 2:2 hesablı heç-heçəsini xatırlayan Hacibegiç keçmişə yox, gələcəyə baxmalı olduqlarını vurğulayıb: "Bizim üçün müsbət dinamika yaratmaq önəmlidir. Həmin görüşün nəticəsindən xəbərimiz var. Həmçinin bilirik ki, Azərbaycanın hələ də digər komandaları narahat etmək imkanı var. Bu, bizə də aiddir. Məqsəd rəqibə ciddi yanaşmaqdır".

Komandada ab-havanın yüksək olduğunu deyən mütəxəssis oyunçuların istəkli olduğunu bildirib: "Amma hamı ehtiyatlı olmalıdır. Çünki hər şey mümkündür. Hələ B liqasına vəsiqəni rəsmiləşdirməmişik".

Qeyd edək ki, sabah Podqoritsa şəhərindəki "Qradski" stadionunda keçiriləcək Monteneqro-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30