26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Yunis Hüseynov: "Göz dəyməsin, qol buraxmamışıq"

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 3-cü turunda “Qəbələ” ilə matçdan (0:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Maraqlı oyun getdi. İlk hissədən narazı qaldım. Ancaq ikinci hissədə dönüş yaratdıq. Bu gün qələbə qazanmaq istəyirdik, qol imkanlarımız da oldu. "Qəbələ" bizə qarşı çox yaxşı oynadı. Qələbə dalınca gəlmişdik, ancaq xal itirdik. Qarşıda ağır oyunlarımız var.

- Say üstünlüyünə malik olsanız da, bunu qola çevirə bilmədiniz. Nə çatmadı?

- Qol imkanlarımız oldu. Heç vaxt arzulamamışam ki, 10 nəfərlə qalan komandaya qarşı oynayım. Bu zaman özümdə narahatlıq olur. Heç bir mane yox idi. Sadəcə, top qapıya girmirdi. İlk hissədə "Qəbələ"nin qol imkanları bizdən çox oldu.

- Con Kamaranın əvəzlənməsi nə ilə bağlı idi?

- Taktiki gediş oldu. Hücumameyilli oyunçu buraxdıq. Yeni transferimizə imkan yaratdıq. Kamaraya 2 gün məşq proseslərində son 15 dəqiqədə istirahət verirdik. Çünki ayağında ağrılar var idi. Bu gün elə bir şeylə yadda qalmadı.

- Nədənsə bir əvəzləmə etdiniz...

- Ehtiyatdakıların hamısı müdafiəçilər idi. Yalnız bir gənc hücumçu vardı. Xəzər Mahmudov özünü itirə bilərdi. Oyunumuz da pis getmirdi. Bu zaman niyə əvəzləmə edəsən?

- Cavid İmamverdiyev niyə gəlmişdi, niyə getdi?

- Cavidi ilk dəfə əsas heyətdə oynatmışam. Bu, "Karvan"da olub, əvəzedicidən gətirmişdim. Potensiallı futbolçudur, ona oynamaq lazım idi. Ancaq bizə gələnə qədər zədələri oldu. Özü xahiş etdi ki, gedim. Buna pis baxmadım, yollarımızı ayırdıq.

- Son 4 oyunda 1 qol...

- Bir hücumçu almaq fikrimiz var. Hazırda danışıqlar  gedir. Alınsa, bir həftəyə gələcək. Ancaq onu da nəzərə alaq ki, qol da buraxmamışıq. Bəli, futbolun gözəlliyi qoldur. Ancaq göz dəyməsin, qol da buraxmırıq. Müdafiə xətti qapıçıdan başlayır. Qol vurmamışıqsa, bu, pisdir (Sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30