26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Hafiz Məmmədov Arda Turanla görüşdü: “O, bizim dəyərlimizdir”

“Bakı”nın prezidenti, tanınmış iş adamı Hafiz Məmmədov “Qalatasaray”ın heyətində Avroliqanın ikinci təsnifat mərhələsində “Neftçi” ilə oyun üçün Bakıya gələn Arda Turanla görüşüb. Görüş “Qalatasaray”ın paytaxtımızda olduğu müddətdə məskunlaşdığı Alov qüllələri - “Hotel Fairmont Baku”da baş tutub.

Xatırladaq ki, Ardanın daha əvvəl çıxış etdiyi “Atletiko” ilə “Bakı” arasında əməkdaşlıq mövcud olub. “Land of fire Azerbaijan” forması ilə meydana çıxan “Atletiko”ın futbolçusu kimi Arda bu əməkdaşlıq çərçivəsində bir neçə dəfə ölkəmizdə olub.

Təxminən yarım saat davam edən görüş zamanı Hafiz Məmmədov və Arda Turan ötən günlərini xatırlayıblar, keçmiş xatirələri bölüşüblər.

Görüşdən sonra türkiyəli futbolçu olaraq bunları deyib: “Hafiz bəyi uzun illərdi tanıyıram. O, bizim dəyərlimizdir. “Bakı” ilə “Atletiko” arasındakı əməkdaşlıq zamanı dostluğumuz yarandı. Hafiz başqandan hər zaman xüsusi qayğı, diqqət görmüşəm. Bilirəm ki, Hafiz Məmmədov təkcə Azərbaycan futbolu üçün deyil, ölkə adına böyük işlər görüb. Elə təkcə “Land fire of Azerbaijan” brendini xatırlamaq kifayətdir. Onu görmək mənim üçün çox xoş oldu. Deyiləndə ki, Hafiz bəy otelə gəlib çox sevindim. Son illər Bakıya gələ bilməsəm də, daim həm Hafiz bəylə, həm övladları ilə telefon vasitəsi ilə əlaqə saxlayırıq”.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30