26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qalatasaray"ın prezidenti: "Neftçi"ni çox sevirik"

"Əslində, biz də "Neftçi" ilə düşmək istəyirdik. İki hissi bir arada yaşayacağıq. Həm qardaşınla oyun keçirəcəksən, həm udub və ya uduzacaqsan".

Futbolxeber.az saytının məlumatına görə, bunu UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Qalatasaray"ın prezidenti Mustafa Cengiz "CBC Sport" telekanalında yayımlanan "Türkiyədən futbol" verilişinə müsahibəsində deyib.

71 yaşlı funksioner Azərbaycan klubu ilə qarşılaşacaqları üçün sevindiyini bildirib: "Şükürlər olsun ki, bizə bu komanda ilə oyun keçirmək nəsib oldu. Bizə ən yaxın olan qardaş ölkənin komandası ilə qarşılaşacağıq. "Neftçi"nin hər zaman uğur qazanmasını istəyirəm. İranda "Traktor" klubu kuboku qazandı. Onda da türklər çox sevindilər. "Neftçi"ni çox sevirik. Bu komanda ilə oynayacağımız üçün məmnunuq".

M.Cengiz Azərbaycandakı "Qalatasaray" azarkeşlərinin komanda ilə görüşmək istəyini baş məşqçi Fatih Terimə çatdıracağını söyləyib: "Onlara deyəcəyəm ki, stadiona gedərkən azarkeşləri salamlasınlar. Yeri gəlmişkən, mən də öz növbəmdə "Neftçi"nin prezidenti Kamran Quliyevə, baş məşqçisi Füzuli Məmmədova, bütün Azərbaycan xalqına, klubun azarkeşlərinə sevgi və salamlarımı çatdırıram".

Klub prezidenti deyib ki, artıq transfer məsələsində türk ölkələrinə üz tutmağın vaxtıdır: "Xüsusilə Azərbaycanda futbola ciddi diqqət var. Seleksiyaçılarımız bu işi incələməlidirlər. Azərbaycandan oyunçu alsaq, buna ancaq sevinərik. Bunu özüm üçün qeyd etdim. Bu istiqamətdə fəaliyyətimiz olacaq".

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30